- МЧС призывает граждан строго соблюдать правила безопасности на пляжах в выходные дни.
- Запрещено купание в не предназначенных для этого местах, включая каналы, реки и арыки.
- Запрещено заплывать за границы зоны купания, заходить в воду в ветреную погоду, ночевать на пляже, купаться в нетрезвом виде.
- Родителям рекомендовано не оставлять детей без присмотра и следовать указаниям спасателей.
- При опасности звонить по номеру 112.
Day.Az -ın məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, yay mövsümündə, xüsusilə həftəsonları su hövzələrində istirahət edənlərin sayı artır. Buna baxmayaraq, aparılan maarifləndirmə tədbirlərinə rəğmən bəzi şəxslərin təhlükəsizlik qaydalarını pozması sonda faciəvi hadisələrə səbəb olur.
FHN bir daha xatırladıb ki, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, çimmə zonasının sərhədlərini keçmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş vəziyyətdə suya daxil olmaq, suda kobud hərəkətlər etmək, eləcə də xilasetmə texnikasından başqa qayıq və kiçik gəmilərlə çimərlik ərazisinə daxil olmaq qadağandır.
Qurum valideynlərə uşaqları nəzarətsiz buraxmamağı, xəbərdaredici nişanlara və xilasedicilərin göstərişlərinə əməl etməyi tövsiyə edib. Həmçinin qızmar günəş altında uzun müddət qalmağın və hava qaraldıqdan sonra suya girməyin təhlükəli olduğu vurğulanıb.
FHN xatırladıb ki, təhlükə zamanı 112 qaynar xəttinə zəng edilməlidir.
Комментарии
Загрузка…
Оставить комментарий