- 21-летняя гражданка Азербайджана Фатима Керимова была убита своим двоюродным братом в Тбилиси 27 июня.
- Подозреваемый задержан в международном аэропорту Батуми при координации с Турцией и Азербайджаном.
- Возбуждено дело по статье 109 УК Грузии (умышленное убийство), предусматривающей до 20 лет или пожизненное лишение свободы.
Day.Az unikal-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat yayıb.
Məlumata görə, saxlanılma Türkiyə və Azərbaycanın hüquq-mühafizə orqanları ilə sıx koordinasiya, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.
İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxs bu il iyunun 27-də Tbilisidə müvəqqəti yaşadığı mənzildə qohumuna həyatı üçün təhlükəli xəsarətlər yetirib. Zərərçəkən aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Polis hadisədən dərhal sonra həyata keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəlinin şəxsiyyətini operativ şəkildə müəyyən edib və onu axtarışa verib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Xatırladaq ki, bu il iyunun 27-də Azərbaycan vətəndaşı 21 yaşlı qız Fatimə Kərimova xalası oğlu tərəfindən Gürcüstana qətlə yetirilib.
Комментарии
Загрузка…
Оставить комментарий