- 11 июля в Баку проведен очередной внутренний субботник по уборке города.
- Уборка включала мытье улиц, тротуаров, бордюров, световых столбов, ограждений и витрин.
- Использовались моющие средства, безопасные для растений и животных.
- Проведена мойка деревьев и зеленых насаждений, обрезка поврежденных веток.
- Высажены разноцветные цветы и созданы композиции.
Day.Az xəbər verir ki, bu təmizlik və gözəllikləri qoruyub inkişaf etdirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda təmizliklə bağlı mütəmadi daxili iməcliklər keçirilir.
Şəhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə iyulun 11-də növbəti daxili iməclik keçirilib.
Keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub,orada əsaslı təmizlik işləri görülüb. Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.
Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb. Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini vermişdir.
Комментарии
Загрузка…
Оставить комментарий