Day.Az xəbər verir ki, yolların bu vəziyyətdə olması sürücülərin avtomobilərinə görə əlavə xərcə düşməsinə səbəb olur:

"Yağış yağanda vəziyyət daha betər olur. Taksi vururuq bu yollara gəlmir. Bir sözlə yol dağılmış vəziyyətdədir".

Məsələ ilə bağlı Lənkəran İcra Hakimiyyətindən bildirildi ki, bir neçə yaşayış məntəqəsi, o cümlədən həmin yol 2024-cü il verilən müvafiq sərəncama əsasən əsaslı təmir nəzərdə tutulub:

"Yolun asfaltlanması planlı şəkildə nəzərdə tutulub".