- 26 августа первая леди Азербайджана Мехрибан Алиева с дочерьми посетила НИИ Педиатрии имени К.Я. Фараджевой.
- Министр здравоохранения Теймур Мусаев проинформировал о деятельности института.
- Институт основан в 1925 году на базе детской больницы на 200 коек, реорганизован в 1927 году.
- В институте 255 коек, включая отделение реанимации и интенсивной терапии для новорожденных на 60 коек.
- В ходе визита институту были подарены аппараты искусственной вентиляции легких.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezident Mehriban Əliyevaya İnstitutun fəaliyyəti barədə məlumat verdi.
Qeyd olundu ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu bir əsrdən çoxdur uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir.
Hazırda elmi-metodik mərkəz kimi fəaliyyət göstərən bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə yenidən qurularaq Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilib. Burada uşaqların müalicə-profilaktikası ilə yanaşı, pediatriya sahəsində peşəkar tibbi kadrların hazırlanması, elmi tədqiqatların aparılması, mövcud tibb təhsilinin təkmilləşdirilməsi həyata keçirilir. İnstitutda 255 çarpayılıq klinik şöbələr, elmi və bir çox paraklinik bölmələr var. Yenidoğulanların 60 çarpayılıq reanimasiyası və intensiv terapiyası şöbəsi respublika üzrə mərkəz funksiyasını yerinə yetirir.
Birinci vitse-prezident və qızları ziyarət zamanı institutda yaradılmış şəraitlə tanış olublar. Həmçinin gələcəkdə fəaliyyətin təkmilləşdirilməsi üçün instituta avadanlıqlar - süni ventilyasiya aparatları hədiyyə edilib.
Комментарии
Загрузка…
Оставить комментарий