- Пожар произошел в автомобиле MAN на зерновом поле в селе Баян Огузского района.
- Пожарные оперативно потушили огонь, не допустив его распространения на груз и окружающую территорию.
- В результате пожара сгорели кабина и передние колеса автомобиля.
- 25 тонн пшеницы и посевное поле были спасены.
Oğuz rayonu, Bayan kəndində taxıl sahəsindəki avtomobildə yanğın baş verib.
Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən "MAN" markalı yük avtomobilinin kabinə hissəsində baş vermiş yanğın yük hissəsinə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və ön təkərləri yanıb.
Avtomobilin qalan hissəsi, yük yerinə yığılmış 25 ton buğda və əkin sahəsi yanğından mühafizə olunub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий