- Исследование с участием более 11 000 офисных сотрудников в США показало, что 5-минутная прогулка каждый час снижает усталость и повышает продуктивность.
- Прогулки каждые 30 минут улучшают настроение, но могут замедлять работу; оптимальный интервал — каждый час.
- Взрослые проводят около 75% дня в сидячем положении, что увеличивает риск ожирения, сердечно-сосудистых заболеваний и диабета 2 типа.
- Эксперты рекомендуют пить достаточно воды, соблюдать режим сна, ограничивать кофеин и больше двигаться в течение дня.
Day.Az lent.az-a istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, iş zamanı hər saatdan bir 5 dəqiqə gəzmək həm fiziki, həm də psixoloji vəziyyətə müsbət təsir göstərir.
Alimlər hansı fasilənin daha faydalı olduğunu araşdırıb
Araşdırma zamanı ABŞ-da 11 mindən çox ofis əməkdaşının iş rejimi izlənilib. İştirakçılar gündə 8-9 saat işləyib və gün ərzində öz yorğunluqları, əhval-ruhiyyələri və iş məhsuldarlıqları barədə məlumat veriblər.
Tədqiqatın ilk həftəsində iştirakçılar adi iş rejimində çalışıblar. İkinci həftədə isə onlardan müəyyən vaxt intervalları ilə qısa gəzintilər etmələri istənilib.
Nəticələr göstərib ki, hər 30 dəqiqədən bir gəzmək əhvalı yaxşılaşdırsa da, bəzi iştirakçılar bunun iş prosesini ləngitdiyini bildiriblər. İki saatdan bir edilən gəzintilər isə ümumiyyətlə hərəkətsiz qalmaqdan daha faydalı olsa da, ən yaxşı nəticə hər saatdan bir edilən 5 dəqiqəlik gəzintidə qeydə alınıb.
Qısa gəzintilər məhsuldarlığı artırır
Tədqiqat rəhbəri Kit Dias bildirib ki, böyüklərin əksəriyyəti gün ərzində vaxtının təxminən 75 faizini oturaraq keçirir. Onun sözlərinə görə, hər saat cəmi 5 dəqiqə gəzmək enerji ehtiyatını bərpa edir, diqqəti artırır və uzun müddət oturmağın mənfi təsirlərini azaldır.
Araşdırmada iştirak edənlərin bir qismi tez-tez fasilə verməyin rəhbərlik tərəfindən mənfi qarşılanacağından narahat olduqlarını desələr də, nəticələr göstərib ki, bu qısa fasilələr əksinə, diqqətin toplanmasına və işin daha səmərəli görülməsinə kömək edir.
Mütəxəssislər telefon danışığı zamanı ofisdə gəzməyi, imkan olduqda iş görüşlərini piyada keçirməyi və ya açıq havada təşkil etməyi tövsiyə edirlər.
Oturaq həyat tərzi hansı riskləri artırır?
Mütəxəssislərin fikrincə, uzun müddət oturmaq artıq çəki, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskini artırır. Buna görə də gün ərzində müntəzəm hərəkət etmək sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Həkimlər bildirirlər ki, günorta saatlarına çatmamış yaranan yorğunluğun əsas səbəbləri gecə yuxusunun az olması, orqanizmin susuz qalması, hərəkətsiz həyat tərzi və ağır qidalanmadır. Xüsusilə çox karbohidratlı nahar qan şəkərinin sürətlə yüksəlib-enməsinə səbəb olaraq halsızlıq yarada bilər.
Enerjini bərpa etmək üçün mütəxəssislər kifayət qədər su içməyi, yuxu rejiminə əməl etməyi, qəhvə istehlakını normada saxlamağı və gün ərzində daha çox hərəkət etməyi tövsiyə edirlər. Qidalanmada isə ağır yeməklərin əvəzinə balıq, toyuq əti, qoz-fındıq, avokado və tam taxıllı məhsullara üstünlük verilməsi məsləhət görülür. Zərurət yarandıqda 20 dəqiqəlik qısa günorta yuxusu da enerjinin bərpasına kömək edə bilər.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий