Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə "BNR News" məlumat yayıb.

Bolqarıstan parlamentində sual-cavab sessiyası zamanı Radev bildirib ki, əgər təklif olunan sanksiyalar siyahısından Rus Pravoslav Kilsəsinin patriarxı Kirill və Bolqarıstanda "LUKOIL" şirkətinin həmtəsisçisi Vahid Ələkbərov çıxarılmasa, Sofiya bu paketə qarşı çıxacaq.

Prezident bunun səbəbini Bolqarıstanın enerji maraqlarının qorunmasının vacibliyi ilə izah edib.

Patriarx Kirillə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı suala cavabında Radev bildirib ki, onu konkret şəxsin özü maraqlandırmır, lakin vurğulayıb ki, Kirill Rus Pravoslav Kilsəsinin rəhbəridir.