Day.Az ATV-yə istinadən xəbər verir ki, mütəxəssislər yuxu zamanı beyinin yaddaşı möhkəmləndirdiyini və orqanizmi bərpa etdiyini bildirirlər.

Uzunmüddətli yuxusuzluq isə diqqət zəifliyi, ürək-damar və digər ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Həkimlər sağlam yuxu üçün sabit rejim, düzgün qidalanma və elektron cihazlardan uzaq durmağı tövsiyə edirlər. Problem davam edərsə, mütləq mütəxəssisə müraciət olunmalıdır.