- Премьер-министр Азербайджана Али Асадов встретился с вице-губернатором Астраханской области Денисом Афанасьевым 25 июня.
- Стороны отметили высокий уровень сотрудничества между Азербайджаном и Астраханской областью.
- Особо подчеркнута положительная динамика в торгово-экономических и инвестиционных отношениях.
- Высоко оценено расширение сотрудничества в транспорте, логистике, культурно-гуманитарной и образовательной сферах.
- Отмечен проект строительства дошкольного учреждения в освобожденном Губадлинском районе Азербайджана.
Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilib.
Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.
Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi ayrıca qeyd olunub.
Görüş əsnasında, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub.
Комментарии
Загрузка…
Оставить комментарий