- ДТП произошло в Наримановском районе Баку на проспекте Зии Бунядова.
- Автомобиль Ford врезался в тротуар, водитель застрял в деформированном авто.
- Спасатели МЧС извлекли пострадавшего Халида Аббасова (1987 г.р.) и передали медикам.
- Водитель получил телесные повреждения различной степени тяжести.
- Проводится расследование причин аварии.
Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Araşdırma zamanı müəyyən edilib ki, "Ford" markalı minik avtomobili səkiyə çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi avadanlıqların köməyi ilə 1987-ci il təvəllüdlü Xalid Hatəm oğlu Abbasovu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Комментарии
Загрузка…
Оставить комментарий