- Министр образования Эмин Амруллаев объяснил, почему не публикуются вопросы мониторинговых экзаменов.
- Вопросы не публикуются, чтобы сравнивать ответы учащихся одного возраста в разные годы и отслеживать динамику.
- Планируется публиковать вопросы через 3-4 года после их использования.
- Новые типы вопросов используются для подготовки учащихся к будущим экзаменам.
- Результаты мониторинга показывают ежегодный прогресс.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, eyni sual üzrə müxtəlif illərdə eyni yaş qrupundan olan uşaqların cavablarını müqayisə etmək dinamikanı daha yaxşı göstərir. Emin Əmrullayev bildirib ki, sualları dərhal açıqladıqda, şagirdlər məhz həmin suallarla hazırlanırlar və nəticələr eyniləşir:
"Buna görə də biz üç-dörd ildən sonra əvvəlki sualları açıqlamağı planlaşdırırıq. Sualları indi açıqlamamağımızın səbəbi odur ki, tədqiqat baxımından müəyyən sualları hər il təkrar tətbiq etməklə eyni yaş qruplarının nəticələrini müqayisə edir və irəli gedib-getmədiyimizi müəyyənləşdiririk.
Hər il tədricən inkişaf müşahidə edirik. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müəllim dörd il ərzində dərs deyibsə, həmin sinfin əldə etdiyi nailiyyətlərdə onun da payı var. Biz nəticələri ölçürük və müzakirə edirik".
Комментарии
Загрузка…
Оставить комментарий