Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Sözügedən dəyərdə təbii qazın ixrac həcmi açıqlanmayıb.
Ötən ilin eyni dövründə isə Azərbaycandan ümumiyyətlə maye halında təbii qaz ixracı qeydə alınmayıb.
Bundan başqa,bu ilin ilk 4 ayında Azərbaycandan 8 ölkəyə 2 milyard 535,8 milyon ABŞ dolları dəyərində 8,416 milyard kubmetr qaz halında təbii qaz ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan təbii qaz (qaz halında) ixracının dəyəri 529,7 milyon ABŞ dolları və ya 17,3% azalıb, həcmi isə 256,3 milyon kubmetr və ya 3,1% artıb.
Azərbaycan son illər Avropada qaz ixracının coğrafiyasını ardıcıl şəkildə genişləndirir. 2026-cı ilin yanvar ayından etibarən SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəql edilən Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb. Bununla da Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb.
SOCAR-ın Trend -ə verdiyi məlumata görə, İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz tədarükü Azərbaycanın Avropadakı enerji tərəfdaşlığının coğrafiyasını daha da genişləndirib. Şirkət bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş qaz strategiyasına uyğun olaraq Avropa və Yaxın Şərq bazarlarında qaz marketinqi fəaliyyəti davamlı şəkildə genişləndirilir, müxtəlif ölkələrdən olan alıcılarla əməkdaşlıq portfeli artırılır və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyi möhkəmləndirilir.
Bu ilin mart ayında Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim olunarkən Baş nazir Əli Əsədov da Azərbaycanın qaz ixracı coğrafiyasının genişləndiyini vurğulayıb. "Avropa bazarı ilə yanaşı, yeni istiqamətlər üzrə əməkdaşlıq inkişaf etdirilib və ilk dəfə olaraq Azərbaycan qazının Suriyaya tədarükünə başlanılıb. Ötən il Azərbaycan qazını alan ölkələrin sayı artaraq 14-ə yüksəlib. Hazırda bu ölkələrin sayı 16-ya çatıb. Belə ki, Avropanın daha iki ölkəsinə - Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb", - deyə Baş nazir bildirib.
Azərbaycanın Avropaya qaz ixracı Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə həyata keçirilir. Hazırda kəmərin illik ötürücülük qabiliyyəti 12 milyard kubmetrə çatdırılıb. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana kommersiya tədarükünə 2020-ci ilin sonunda başlanılıb, sonrakı illərdə isə Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya, Şimali Makedoniya, Ukrayna, Almaniya və Avstriya da daxil olmaqla yeni bazarlara çıxış təmin edilib.
Bununla yanaşı, SOCAR ötən ilin iyununda Almaniyanın dövlət enerji şirkəti SEFE (Securing Energy for Europe) ilə 10 illik qaz alqı-satqısı müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, Avropaya tədarük ediləcək qazın illik həcmi mərhələli şəkildə 15 teravatt-saata (təxminən 1,5 milyard kubmetr) çatdırılacaq. Sənəd həmçinin hasilat və qaz infrastrukturuna investisiyaların cəlb edilməsini nəzərdə tutur və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий