- В Гяндже проходит открытие 'EuroVillage' в рамках 'Европейского городка-2026'.
- Мероприятие посвящено 30-летию партнерства ЕС-Азербайджан.
- В открытии участвуют послы 17 европейских стран.
- Посол ЕС Марияна Куюнджич отметила важность платформы для знакомства с Европой.
- Программа включает развлечения для детей: раскрашивание лиц, кукольные спектакли, викторины.
Day.Az Trend -ə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) flaqman tədbiri olan "Avropa Şəhərciyi-2026" iyunun 6-da Gəncə şəhərində baş tutur.
"Aİ-Azərbaycan: 30 illik tərəfdaşlıq" mövzusuna həsr olunan tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur.
Tədbirin rəsmi açılışında 17 Avropa ölkəsinin Azərbaycandakı səfiri iştirak edirlər.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib ki, "Avropa Şəhərciyi" Azərbaycan ictimaiyyəti üçün Avropanı daha yaxından tanımaq baxımından mühüm platformadır. O qeyd edib ki, Aİ ilə Azərbaycan arasında 30 illik tərəfdaşlıq çərçivəsində kənd təsərrüfatı, biznesin inkişafı, səhiyyə, təhsil, ətraf mühit və digər sahələrdə yüzlərlə layihə həyata keçirilib.
Proqram çərçivəsində uşaqlar üçün üz boyama, kukla tamaşaları, stolüstü oyunlar, eləcə də viktorinalar, mini yarışmalar və musiqi-rəqs proqramları təşkil edilir.
Tədbirdə Aİ Nümayəndəliyi ilə yanaşı, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveç də təmsil olunurlar.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий