"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb və məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.

Vətəndaşlar qida sahəsində qarşılaşdıqları uyğunsuzluqlarla bağlı konkret faktlarla "1003 - Çağrı Mərkəzi"nə müraciət edə bilərlər", - məlumatda bildirilib.

Qeyd edək ki, sosial mediada marketlərdə endirimli qiymətlə bir qəpiyə satılan yumurtaların xarab olduğu ilə bağlı iddia və şikayətlər yayılıb.