Ananasın tərkibində yüksək miqdarda C vitamini, eləcə də manqan kimi vacib minerallar mövcuddur. Xüsusilə "bromelain" adlı ferment zülalların parçalanmasına kömək edir, həzm prosesini yüngülləşdirir və orqanizmdə şişkinlik hissinin azalmasına şərait yarada bilər.

Mütəxəssislər bildirirlər ki, ananas faydalı olsa da, hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər. Həssas mədə, reflü problemi və ya müəyyən dərman preparatları qəbul edən şəxslər onun istifadəsində diqqətli olmalıdırlar. Təbii meyvə seçimi və düzgün istehlak isə faydanın daha yaxşı alınmasına kömək edir.