Bu səbəbdən risk qruplarına daxil olan insanların pomidor istehlakına daha ehtiyatla yanaşması tövsiyə olunur.

Xüsusilə böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün pomidorun tərkibindəki oksalat turşusu problem yarada bilər. Bu maddə böyrəklərin fəaliyyətinə əlavə yük salaraq mövcud xəstəliklərin gedişatını ağırlaşdıra bilər. Eyni zamanda həzm sistemi həssas olan insanlarda, xüsusilə acqarına qəbul edildikdə, mədə-bağırsaq narahatlıqlarını artıra bilər.

Bundan əlavə, pomidor bəzi insanlarda allergik reaksiyalara da səbəb ola bilər. Histamin tərkibi xüsusilə həssas orqanizmlərdə dəri qızartısı və qaşınma kimi əlamətlərlə özünü göstərə bilər. Dietoloqlar həmçinin hazır pomidor sousları və ketçup kimi məhsulların tərkibindəki əlavələr və yağ miqdarı səbəbilə piylənmə riskini artıra biləcəyini bildirirlər.