"Sumqayıtdan imtahanlarda iştirak edən 2759 oğlan abituriyentin 44,26 faizi, 2720 qız abituriyentin isə 49,85 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Müqayisə üçün qeyd edək ki, respublika üzrə qəbul göstəricisi oğlanlar arasında 37,03 faiz, qızlar arasında isə 41,91 faiz təşkil edib", Trend.az müxbirinin nəzərdən keçirdiyi həmin nəşrdən belə görünür.

Dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul göstəricilərinin müqayisəsi də Sumqayıtın üstünlüyünü ortaya qoyur. Şəhərdən olan oğlan abituriyentlərin 27,87 faizi, qız abituriyentlərin isə 29,74 faizi dövlət büdcəsi hesabına maliyyələşdirilən plan yerlərinə qəbul olub ki, bu da respublikanın digər böyük şəhərlərinin müvafiq göstəricilərindən yüksəkdir", - bu da jurnalda yer alan təhlillərdən aydın olur.