- Пастух обвиняется в хищении более 2000 голов мелкого рогатого скота
- Ущерб фермеру превышает 700 тысяч манатов
- Возбуждено уголовное дело по статье 179.4 УК Азербайджана
- Пастух арестован, ему грозит до 14 лет лишения свободы
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Dədə Qorqud kənd sakini Nahid Təhməzov fermer Kamal Kərimova məxsus 2 mindən artıq xırdabuynuzlu heyvanı müxtəlif vaxtlarda sataraq əldə etdiyi vəsaiti şəxsi ehtiyaclarına xərcləməkdə şübhəli bilinir.
İddialara əsasən, nəticədə sahibkara 700 min manatdan çox maddi ziyan dəyib. Ziyanın məbləği heyvanların sayı, çəkisi və ətin bazar qiyməti nəzərə alınmaqla müəyyən edilib.
Fermerin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Nahid Təhməzov barəsində cinayət işi başlanıb və o, həbs edilib.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi - xüsusilə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb.
Təqsiri məhkəmədə sübuta yetiriləcəyi təqdirdə, onu 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий