AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatında deyilir.

Bildirilir ki, Yaxın Şərqin dünyanın ən böyük neft ixracatçısı kimi mövqeyini daha da gücləndirəcəyi, Asiya-Sakit Okean bölgəsinin isə ən böyük idxal mərkəzi olaraq qalacağı nəzərdə tutulur.

Hesabatda təqdim olunan alternativ ssenarilər uzunmüddətli perspektivdəki qeyri-müəyyənliklərə işarə edir. Qabaqcıl enerji texnologiyalarının daha sürətlə yayıldığı texnologiyaya yönəlmiş ssenaridə qlobal neft tələbatının 2035-ci ildən sonra pik həddə çatacağı və 2050-ci ildə gündəlik 107 milyon bareldən aşağı düşəcəyi gözlənilir. Əksinə, inkişaf etməkdə olan ölkələrdə daha güclü iqtisadi artımla bərabər böyümə ssenarisində neft tələbatının 2050-ci ildə sutkada 131 milyon barelə çatacağı proqnozlaşdırılır ki, bu da istinad ssenarisindən təxminən 7 milyon barel çoxdur.