- Фрилансеры и цифровые кочевники будут регистрироваться в налоговых органах Азербайджана.
- Изменения в Налоговый кодекс обсуждались на заседании комитета Милли Меджлиса.
- После регистрации они смогут получать налоговые льготы и освобождения.
- Фрилансер — физлицо, резидент промпарка, работающее без наемных работников в сферах цифровых технологий, ИИ, кибербезопасности.
- Цифровой кочевник — иностранец или лицо без гражданства, получающее доход из-за рубежа, работающее удаленно.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında qeydiyyata (uçota) alındıqdan, sənaye yaxud texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsini aldıqdan sonra ölkə ərazisində fəaliyyət (xarici mənbələrdən gəlirin əldə edilməsi) göstərə, eləcə də Vergi Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla vergi güzəştlərindən və azadolmalardan istifadə edə biləcəklər.
Qeyd edək ki, frilanser dedikdə muzdlu işçi cəlb etmədən, rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında, müstəqil şəkildə və ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, sənaye yaxud texnologiyalar parkının rezidenti olan fiziki şəxs, rəqəmsal səyyah dedikdə isə rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs nəzərdə tutulacaq.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий