- Предлагаемые поправки к закону 'О психиатрической помощи' ускорят обследование лиц с психическими расстройствами.
- Новые правила позволят предотвращать опасные инциденты.
- В проекте предусмотрено широкое использование телемедицины.
- В регионах Азербайджана наблюдается серьезный дефицит кадров по ряду специальностей.
- Общая обеспеченность врачами в стране достаточна, но они сконцентрированы в крупных городах.
"Psixiatriya yardımı haqqında" qanuna təklif olunan dəyişikliklər psixi pozuntusu olan şəxslərin daha operativ müayinəsini təmin edəcək və təhlükəli halların qarşısının alınmasına imkan verəcək.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında "Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, mövcud qaydalara əsasən belə şəxslərin müayinəsinin aparılması üçün müəyyən prosedurlar həyata keçirilir, müxtəlif rəylər alınır və məhkəmə qərarı gözlənilirdi ki, bu da vaxt itkisinə səbəb olurdu.
"Qanuna təklif edilən dəyişikliklər hesabına həmin xəstələrin müayinəsi daha operativ həyata keçiriləcək. Bu isə bir çox hallarda təhlükəli hadisələrin qarşısının alınmasına kömək edəcək", - deyə komitə sədri bildirib.
Ə.Əmiraslanov qeyd edib ki, layihədə teletibbin imkanlarından da geniş istifadə nəzərdə tutulur. Onun sözlərinə görə, informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində teletibb artıq səhiyyənin müxtəlif istiqamətlərində geniş tətbiq olunur və yeni dəyişikliklər psixi pozuntusu olan şəxslərin həm müayinəsində, həm də müalicəsində bu imkanlardan istifadəni genişləndirəcək.
Komitə sədri çıxışında regionlarda həkim çatışmazlığı probleminə də toxunub. O bildirib ki, bu məsələ Milli Məclisdə dəfələrlə müzakirə olunub və aidiyyəti qurumlarla birgə həlli istiqamətində iş aparılır.
Ə.Əmiraslanovun sözlərinə görə, ölkədə ümumilikdə həkim qıtlığı yoxdur və hər 100 min nəfərə düşən həkim sayına görə Azərbaycan bir çox ölkələrlə müqayisədə əlverişli vəziyyətdədir. Lakin həkimlərin böyük hissəsi iri şəhərlərdə cəmləşdiyindən regionlarda bir sıra ixtisaslar üzrə ciddi kadr çatışmazlığı müşahidə olunur.
O qeyd edib ki, regionlardakı boşluqların aradan qaldırılması üçün müxtəlif mexanizmlər üzərində iş aparılır, o cümlədən bəzi ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsi və yaşlı mütəxəssislərin fəaliyyət müddətinin uzadılması məsələlərinə baxılır.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий