Day.Az xarici mediaya istinadən xəbər verir ki, PUA-nın düşməsi zamanı dayanacaqda olan üç avtomobilə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

PUA-nın haradan havaya buraxıldığı və hansı səbəbdən polis idarəsinin həyətinə düşdüyü hələlik məlum deyil. Hakimiyyət orqanları araşdırmanın nəticələri barədə əlavə məlumat verməyib.

Hadisə ilə bağlı araşdırmaya başlanılıb.