- 17-летняя Захра погибла в ДТП на трассе Баку-Сумгаит
- Известный юрист Фархад Мехдиев обвиняет в трагедии неисправный автомобиль на обочине
- Мотоцикл столкнулся с Mercedes-Benz
- Отец сожалеет, что не смог отговорить дочь от мотоцикла
Day.Az xəbər verir ki, hadisə ilə bağlı paylaşım edən tanınmış hüquqşünas Fərhad Mehdiyev qızının ölümünə gətirib çıxaran səbəblərdən birinin yol kənarında nasaz vəziyyətdə saxlanılan avtomobil olduğunu bildirib.
Onun sözlərinə əsasən, həmin nəqliyyat vasitəsi yolun sol zolağında dayanıb, sağ hərəkət zolağı isə dolu olduğundan motosiklet sürücüsü manevr etmək imkanından məhrum olub.
Fərhad Mehdiyev əlavə olaraq qızının motosiklet idarə etməsini də hadisəyə təsir edən amillərdən biri kimi qeyd edib.
"Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq qəlbimə yazılacaq", - deyə o qeyd edib.
Qeyd edək ki, qəza ötən gün Riyad Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. "Mercedes-Benz" markalı avtomobil ilə motosikletin toqquşması nəticəsində 17 yaşlı Zəhra Mehdiyeva həyatını itirib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий