- Сертификационный экзамен для учителей начался 17 июня и продлится до 25 июня.
- Экзамены проводятся в 8 центрах в Баку.
- В этом году впервые экзамен сдают учителя изобразительного искусства, музыки, технологии, истории и физкультуры.
- Учителя физики, химии, биологии, географии, информатики, начальных классов, азербайджанского языка и литературы, математики и иностранных языков также участвуют.
Müəllimlərin sertifikasiya imtahanı başlayıb.
Day.Az xəbər verir ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsi 17-19 və 23-25 iyun tarixlərini əhatə edəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə imtahanlar paytaxtda 8 imtahan mərkəzində təşkil ediləcək.
Bu il təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər ilk dəfə sertifikasiya imtahanı verəcəklər.
Qeyd edək ki, fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiya imtahanlarında iştirak edəcəklər.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий