- Группа азербайджанских НПО и правозащитников направила письмо в Комитет по иностранным делам Палаты представителей США.
- В письме выражается резкий протест против инициативы конгрессмена Брэда Шермана об освобождении Рубена Варданяна и других военных преступников, а также сохранении 907-й поправки.
- Авторы письма утверждают, что лица, которых Шерман требует освободить, совершили преступления против человечности, привели к перемещению сотен тысяч людей, разрушению гражданской инфраструктуры и культурного наследия.
- Подчеркивается, что Азербайджан имеет полное право расследовать и осуждать эти преступления в соответствии с местным и международным правом.
- Инициатива Шермана противоречит поддержке диалога и нормализации между Азербайджаном и Арменией со стороны администрации президента Трампа.
Məktubda konqresmen Brad Şermanın Ruben Vardanyan və digər müharibə cinayətkarlarının azad edilməsi, 907-ci düzəlişin qüvvədə saxlanması tələbi ilə bu Komitəyə təqdim etdiyi layihəyə kəskin etiraz edilir.
Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri bildiriblər ki, Brad Şermanın azadlığa buraxılmasını tələb etdiyi şəxslər Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş, yüz minlərlə insanın köçkün vəziyyətinə düşməsinə səbəb olmuş, mülki infrastrukturun və mədəni irsin dağıdılmasında, soyqırımı, ekosid, urbisid və mədəni qırğın aktlarında birbaşa rol oynamış müharibə cinayətkarlarıdır. "Yerli qanunvericiliyə və beynəlxalq hüquqi alətlərə uyğun olaraq, Azərbaycanın tam ixtiyarı var ki, bu cinayətləri araşdırsın, günahkarları məhkum etsin", - deyə məktubda diqqətə çatdırılır.
Qeyd olunur ki, bununla bağlı məhkəmə prosesləri də açıq formada aparılıb, təqsirləndirilən şəxslərə zəruri hüquqi imkanlar yaradılıb.
"Azərbaycan ilə Ermənistanın davamlı sülhə və normallaşmaya doğru irəlilədiyi bir dövrdə bu müsbət impulsu sarsıdan təşəbbüslərin arxasındakı məntiqi anlamaq çətindir... Prezident Donald Tramp və onun administrasiyası Azərbaycanla Ermənistan arasında dialoqu və normallaşmanı dəstəkləsə də, Şermanın təşəbbüsü bu səylərə ziddir və əldə olunan irəliləyişin qarşısını almağa yönəlib. Ədalət, hesabatlılıq, barışıq və sülh birlikdə irəliləməlidir. Ədalət olmadan sülh, hesabatlılıq olmadan barışıq da ola bilməz", - deyə Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri vurğulayıblar.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий