Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvud ilə görüşdə ölkəmizlə iqtisadi münasibətlərin inkişaf istiqamətlərini qeyd etdik. Ticarət, enerji təhlükəsizliyi, "yaşıl enerji", innovasiya, rəqəmsallaşma və digər sahələrdə birgə fəaliyyət perspektivlərini, eləcə də qarşılıqlı investisiyaların davamlı təşviqi istiqamətində mümkün addımları dəyərləndirdik. Qeyri-neft sektorunun inkişafı, texnologiya transferi, kiçik və orta biznesin dəstəklənməsi, özəl sektorun gücləndirilməsi və kapital bazarlarına çıxış kimi əməkdaşlığın prioritet istiqamətlərini vurğuladıq", - paylaşımda qeyd edilib.