- В Баку начались ежегодные встречи Исламского банка развития, которые продлятся до 19 июня 2026 года.
- ABB представлен на мероприятии цифровым филиалом, соответствующим концепции исламского банкинга.
- С апреля 2024 года ABB начал предлагать продукты по механизму 'Мурабаха' в рамках специального регулирования Центробанка Азербайджана.
- Финансирование по 'Мурабаха' предоставляется на срок от 1 до 3 лет для юридических и физических лиц.
İllik toplantılar "Dayanıqlı rifah naminə regional inteqrasiya" mövzusuna həsr olunub. Bu mötəbər tədbir Qrupun 57 üzv ölkəsinin rəhbər şəxslərini və tərəfdaşları bir araya gətirərək ortaq inkişafın gücləndirilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün mühüm platforma rolunu oynayacaq.
Tədbirin təşkil olunduğu Bakı Konqres Mərkəzində ABB islam bankçılığı konseptinə uyğun qurulmuş rəqəmsal filialı ilə təmsil olunur. Toplantı iştirakçıları burada müxtəlif əməliyyatlar apara, ABB-nin xidmətlərindən istifadə edə bilirlər.
Qeyd edək ki, bu ilin aprelindən ABB Azərbaycan Mərkəzi Bankının xüsusi tənzimləmə rejimi çərçivəsində islam bankçılığı alətlərindən olan "Murabaha" mexanizmi üzrə maliyyələşdirmə məhsullarını da müştərilərə təqdim etməyə başlayıb. Bu məhsullar bütün hüquqi və fizik şəxs sahibkarlar üçün əlçatandır. "Murabaha" məhsulu sahibkarlara bank vasitəsilə mal və ya aktivlərin alınmasını maliyyələşdirmək imkanını təqdim edir. Maliyyələşmə 1 ildən 3 ilə qədər nəzərdə tutulur.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий