- В Огузе легковой автомобиль врезался в дерево.
- Пострадали 4 члена одной семьи, включая ребенка.
- Авария произошла утром около 6 часов на дороге Карамерьям-Исмаиллы-Шеки.
- Водитель Фархад Рзалы (35 лет) потерял управление автомобилем Hyundai.
- Пострадавшие доставлены в Центральную районную больницу Огуза.
Day.Az APA-ya istinadən bildirir ki, hadisə səhər saat 6 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
Oğuz şəhər sakini 35 yaşlı Fərhad Nemət oğlu Rzalı idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sürücü F.Rzalı və avtomobildə olan sərnişinlər- 1961-ci il təvəllüdlü Şamama İbrahim qızı Rzayeva, 1993-cü il təvəllüdlü Bahar Bəylər qızı Rzalı, 2020-ci il təvəllüdlü T.Rzalı xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər və hazırda onlara ilkin tibbi yardım göstərilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий