Day.Az xəbər verir ki, "Topçular" 20 yaşlı yarımmüdafiəçinin transferi üçün ÇSKA-ya təklif göndərib.

Moskva təmsilçisi Kislyak üçün 30 milyon avro tələb edib. "Arsenal" həmin pulu ödəyərsə, keçid baş tutacaq. Futbolçuya PSJ və "Beşiktaş" da maraq göstərir.

Lakin rus futbolçunun İngiltərəyə yollanmaq istədiyi bildirilir.

Onun ÇSKA ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.