- Президент Азербайджана Ильхам Алиев направил поздравительное письмо королю Великобритании Карлу III по случаю его дня рождения.
- В письме отмечено динамичное развитие двусторонних отношений в политической, экономической, энергетической и других сферах.
- Алиев выразил уверенность в дальнейшем укреплении дружественных связей и сотрудничества между странами.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, məktubda qeyd olunub:
"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Hazırda dostluğa, qarşılıqlı hörmət və etimada əsaslanan dövlətlərarası əlaqələrimiz, siyasi, iqtisadi-ticari, investisiya, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə səmərəli əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etməkdədir. Qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyini daha da zənginləşdirə bilərik.
Əminəm ki, xalqlarımızın rifahı naminə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da möhkəmləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Əlahəzrət, belə bir əlamətdar gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim rifah və firavanlıq arzulayıram".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий