- США выделяют Польше дополнительные 4 миллиарда долларов на покупку американского оружия
- Общий объем средств для Польши по программе Foreign Military Financing достигнет 20 миллиардов долларов
- Польша сможет приобрести, в том числе, истребители F-35
ABŞ Polşaya Amerika silahlarının alınması üçün əlavə 4 milyard dollar ayırır.
Xarici media yazır ki, bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas DiNanno bildirib.
DiNanno bildirib ki, bu Polşaya təqdim edilə bilən vəsaiti təxminən 20 milyard dollara qədər artıracaq yeni bir məbləğdir.
Dövlət katibinin müavini əlavə edib ki, Polşa bu puldan əlavə F-35 təyyarələri də daxil olmaqla, zəruri Amerika silahları və hərbi texnikasını almaq üçün istifadə edə biləcək.
Söhbət ABŞ müttəfiqlərinə Amerika silahları və hərbi texnikasının alınması üçün kredit və qrantlar verən Xarici Hərbi Maliyyələşdirmə Proqramından gedir. Varşavanın bu günə qədər proqram çərçivəsində topladığı vəsaitin ümumi məbləği, yeni tranş da daxil olmaqla, 19 milyard dollardır.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий