- Президент Ильхам Алиев подписал указ о внесении изменений в порядок делопроизводства по обращениям граждан.
- Электронные обращения могут рассматриваться с ответом по электронной почте, почтовому адресу или через Электронное правительство.
- Если в электронном обращении не указан электронный адрес, FIN или VOEN, ответ дается в письменной форме по почте.
- Ответ в форме электронного документа оформляется согласно закону об электронной подписи и документе.
- Кабинету министров поручено решить вопросы, вытекающие из закона.
Fərmana əsasən, elektron müraciətlərə təşkilatlar tərəfindən, müraciət edən şəxsin seçimi əsasında, elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) elektron ünvan, yaxud müraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və ya hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilmədikdə, müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Elektron sənəd formasında göndərilən cavab məktubu "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada tərtib edilir və rəsmiləşdirilir.
Nazirlər Kabinetinə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunundan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий