- 9 июня в Бакинском апелляционном суде продолжилось рассмотрение апелляционных жалоб граждан Армении, осужденных за военную агрессию против Азербайджана.
- Среди осужденных: Араик Арутюнян, Аркадий Гукасян, Бако Саакян, Давид Ишханян, Давид Бабаян, Левон Мнацаканян и другие.
- Судебное заседание прошло под председательством судьи Эльмара Рагимова с участием прокуроров и адвокатов.
- Подсудимым предоставлены переводчики на армянский и русский языки, а также адвокаты.
- Некоторые адвокаты просили отложить заседание для подготовки, но подсудимые Давид Манукян и Давид Ишханян просили продолжить процесс.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Məhkəmə prosesini Ombudsman Aparatının nümayəndələri də izləyiblər.
Əvvəlcə keçən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən bir qisminin ötən məhkəmə iclasında xahiş etdiyi sənədlərin tərcüməsi onlara təqdim edilib.
Təqsirləndirilən Davit İşxanyan isə 26 may tarixli məhkəmə iclasının məhkəmə-iclas protokolu ilə tanış olmaq istədiyini deyib.
Sədrlik edən məhkəmə-iclas protokolu ilə tanış olmaq üçün məhkəməyə müraciət edilməsinin lazım olduğunu, sənədlərlə tanışlıq üçün heç bir məhdudiyyət qoyulmadığını bildirib.
Ardınca sədrlik edən bildirib ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394-cü maddəsinin, habelə apellyasiya şikayətlərinin dəlilləri və Məcəllənin 339-341-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə çıxışlarının icra edilməsi ilə bağlı prosessual fəaliyyətin başlanmasını qanunauyğun hesab edir.
Çıxış üçün söz müdafiə tərəfinə verilib. Lakin A.Harutyunyanın müdafiəçisi istisna olmaqla digər vəkillər çıxışa hazırlaşmaq üçün məhkəmə prosesinin təxirə salınmasını məhkəmədən xahiş ediblər.
David Manukyan və Davit İşxanyan məhkəmə prosesinin davam etdirilməsini məhkəmədən xahiş edib.
Fasilə zamanı təqsirləndirilən şəxslərdən bəziləri öz müdafiəçiləri ilə konfidensial qaydada görüşlər keçiriblər.
Fasilədən sonra sədrlik edən elan edib ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkilləri ilə konfidensial görüşmələrinə dair vəsatətləri təmin edərək onlara bunun üçün şərait yaradıb. Bundan başqa, iclasda çıxış etmək istəyən şəxslərə də müvafiq şərait yaradacaq. Digər təqsirləndirilənlərin çıxışa hazırlaşması üçün isə onlara vaxt veriləcək.
Ardınca təqsirləndirilən Arayik Harutyunyanın müdafiəçisi Anar Məmmədov çıxış edib. Vəkil çıxışında müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən Arayik Harutyunyan çıxış edərək vəkilinin mövqeyi ilə razılaşdığını və səsləndirdiyi fikirləri müdafiə etdiyini deyib.
Məhkəmənin növbəti iclası iyunun 16-da keçiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий