AZƏRTAC xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin qərarına (hökm) əsasən, Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Mnatsakanyan Levon Henrixi, Manukyan David Azati, İşxanyan Davit Rubeni və Babayan David Klimi ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç) və Sahakyan Bako Sahaki 20 il, Babayan Madat Arakeli və Paşayan Melikset Vladimiri 19 il, Martirosyan Qarik Qriqori 18 il, Allahverdiyan Davit Nelsoni və Balayan Levon Romiki 16 il, Beqlaryan Vasili İvani, Stepanyan Qurgen Homerosi və Qazaryan Erik Roberti 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.