- Президент Азербайджана подписал указ о совершенствовании механизмов гарантирования и субсидирования процентов по кредитам для предпринимателей.
- Полномочия Ипотечного и Кредитного Гарантийного Фонда переданы Фонду развития бизнеса Азербайджана при Министерстве экономики.
- Пилотный проект продлится до 31 декабря 2030 года на всей территории страны, кроме Баку и Абшеронского района.
- Максимальная годовая процентная ставка по кредитам в рамках механизмов составляет 13%, при этом 50% начисленных процентов субсидируется из госбюджета.
Day.Az xəbər verir ki, Fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun sahibkarların manatla aldığı kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə həvalə edilib.
Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılmasını mövcud normativ hüquqi aktlara uyğun olaraq, Fond təmin etməlidir.
Fərmanda nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri ilkin mərhələdə pilot layihə kimi 2030-cu il dekabrın 31-nə qədər, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərində tətbiq edilir.
Təminat və faiz subsidiyası mexanizmləri çərçivəsində müvəkkil təşkilatların sahibkarlıq subyektlərinə təqdim etdiyi kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13%-dir və təqdim edilən kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50%-i dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.
Təminat və faiz subsidiyası mexanizmlərinin tətbiqi "Elektron kredit və zəmanət" informasiya sisteminin fəaliyyəti Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərini əhatə edənə qədər həm elektron qaydada, həm də sənədlərin kağız formada qəbulu və icrası yolu ilə həyata keçirilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий