Day.Az xəbər verir ki, ADY-dən Milli.Az -ın sorğusuna cavab olarab 26 may - 7 iyun tarixləri arasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən qatarla 4 minə yaxın sərnişinin səfər etdiyi bildirilib.

"Marşrutun yenidən istifadəyə verilməsi sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb.Qatarlar hər səfərdə dolur. Tələbat çoxdur", - deyə qurumdan məlumat verilib.