- Эксперт Махбуба Мехдиева заявила, что создание представительств социальных сетей в Азербайджане улучшит защиту прав пользователей.
- Представительства позволят оперативнее рассматривать обращения пользователей и повысить качество цифровых услуг.
- Социальные сети стали важными платформами для формирования общественного мнения и обмена информацией.
- Миллионы азербайджанцев ежедневно пользуются социальными медиа.
"Sosial şəbəkə platformalarının Azərbaycanda nümayəndəlik yaratması istifadəçilərin hüquqlarının müdafiəsi, rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması baxımından geniş imkanlar yaradır".
Bunu Day.Az -a açıqlamasında araşdırmaçı ekspert Məhbubə Mehdiyeva deyib.
O, sosial şəbəkə platformalarının Azərbaycanda nümayəndəlik yaratması və yerli tələblərə uyğun fəaliyyət göstərməsinin istifdəçilərin hüquqlarının müdafiəsinə təsiri barədə fikirlərini səsləndirib.
Ekspert qeyd edib ki, müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət vasitəsi olmaqdan çıxaraq ictimai rəyin formalaşdığı, məlumat mübadiləsinin aparıldığı və fərdlərin özünüifadə imkanlarının genişləndiyi mühüm rəqəmsal platformalara çevrilib.
"Azərbaycanda da milyonlarla insan gündəlik olaraq müxtəlif sosial media platformalarından istifadə edir. Bu baxımdan, həmin platformaların ölkədə nümayəndəlik yaratması və yerli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsi istifadəçilərin hüquqlarının müdafiəsi və rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yerli nümayəndəliklər istifadəçilərlə platformalar arasında daha səmərəli əlaqələrin qurulmasına və xidmətlərin əlçatanlığının artırılmasına şərait yaradır. Sosial şəbəkə platformalarının Azərbaycanda nümayəndəliklərinin fəaliyyət göstərməsi istifadəçilərin müraciətlərinə daha operativ baxılmasına və xidmətlərin daha çevik şəkildə təşkil olunmasına imkan verir. Bu, istifadəçilərin platformalarla qarşılıqlı əlaqəsini asanlaşdırır, onların sorğularının və müraciətlərinin daha effektiv şəkildə cavablandırılmasına şərait yaradır. Eyni zamanda, yerli nümayəndəliklərin fəaliyyəti platformalarla istifadəçilər arasında etimadın möhkəmlənməsinə və rəqəmsal xidmətlərin inkişafına töhfə verir", - deyə o bildirib.
"Azərbaycanda da milyonlarla insan gündəlik olaraq müxtəlif sosial media platformalarından istifadə edir. Bu baxımdan, həmin platformaların ölkədə nümayəndəlik yaratması və yerli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsi istifadəçilərin hüquqlarının müdafiəsi və rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yerli nümayəndəliklər istifadəçilərlə platformalar arasında daha səmərəli əlaqələrin qurulmasına və xidmətlərin əlçatanlığının artırılmasına şərait yaradır.
Sosial şəbəkə platformalarının Azərbaycanda nümayəndəliklərinin fəaliyyət göstərməsi istifadəçilərin müraciətlərinə daha operativ baxılmasına və xidmətlərin daha çevik şəkildə təşkil olunmasına imkan verir. Bu, istifadəçilərin platformalarla qarşılıqlı əlaqəsini asanlaşdırır, onların sorğularının və müraciətlərinin daha effektiv şəkildə cavablandırılmasına şərait yaradır. Eyni zamanda, yerli nümayəndəliklərin fəaliyyəti platformalarla istifadəçilər arasında etimadın möhkəmlənməsinə və rəqəmsal xidmətlərin inkişafına töhfə verir", - deyə o bildirib.
M.Mehdiyeva qeyd edib ki, yerli nümayəndəliklər uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi istiqamətində də mühüm rol oynaya bilər:
"Maarifləndirici layihələrin həyata keçirilməsi, təhlükəsizlik alətlərinin təkmilləşdirilməsi və rəqəmsal savadlılığın artırılması gənclərin internetdən daha səmərəli və məsuliyyətli istifadə etməsinə kömək edir. Bu cür təşəbbüslər sağlam rəqəmsal mühitin formalaşmasına, istifadəçilərin məlumatlılığının artmasına və onlayn məkanda təhlükəsiz davranış vərdişlərinin inkişafına xidmət edir. Şəxsi məlumatların qorunması sahəsində də yerli nümayəndəliklərin fəaliyyəti mühüm üstünlüklər yaradır. Məlumatların emalı və saxlanılması prosesində şəffaflığın artırılması, istifadəçilərin məlumatlandırılması və müasir təhlükəsizlik standartlarının tətbiqi rəqəmsal hüquqların qorunmasına töhfə verir. Aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər məlumat təhlükəsizliyinin daha da gücləndirilməsinə və istifadəçi məmnuniyyətinin artırılmasına şərait yaradır. Nəticə etibarilə, sosial şəbəkə platformalarının Azərbaycanda nümayəndəlik yaratması istifadəçilərin hüquqlarının müdafiəsi, rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması baxımından geniş imkanlar yaradır. Şikayət və müraciət mexanizmlərinin əlçatanlığının artırılması, şəxsi məlumatların qorunmasının gücləndirilməsi, rəqəmsal savadlılığın inkişaf etdirilməsi və istifadəçilərlə daha səmərəli əlaqələrin qurulması bu prosesin əsas üstünlüklərindəndir. Bu yanaşma həm vətəndaşların sosial media platformalarına olan etimadını artırır, həm də Azərbaycanda rəqəmsal inkişafın davamlı və dayanıqlı şəkildə irəliləməsinə töhfə verir", - o deyib.
"Maarifləndirici layihələrin həyata keçirilməsi, təhlükəsizlik alətlərinin təkmilləşdirilməsi və rəqəmsal savadlılığın artırılması gənclərin internetdən daha səmərəli və məsuliyyətli istifadə etməsinə kömək edir. Bu cür təşəbbüslər sağlam rəqəmsal mühitin formalaşmasına, istifadəçilərin məlumatlılığının artmasına və onlayn məkanda təhlükəsiz davranış vərdişlərinin inkişafına xidmət edir.
Şəxsi məlumatların qorunması sahəsində də yerli nümayəndəliklərin fəaliyyəti mühüm üstünlüklər yaradır. Məlumatların emalı və saxlanılması prosesində şəffaflığın artırılması, istifadəçilərin məlumatlandırılması və müasir təhlükəsizlik standartlarının tətbiqi rəqəmsal hüquqların qorunmasına töhfə verir. Aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər məlumat təhlükəsizliyinin daha da gücləndirilməsinə və istifadəçi məmnuniyyətinin artırılmasına şərait yaradır.
Nəticə etibarilə, sosial şəbəkə platformalarının Azərbaycanda nümayəndəlik yaratması istifadəçilərin hüquqlarının müdafiəsi, rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması baxımından geniş imkanlar yaradır. Şikayət və müraciət mexanizmlərinin əlçatanlığının artırılması, şəxsi məlumatların qorunmasının gücləndirilməsi, rəqəmsal savadlılığın inkişaf etdirilməsi və istifadəçilərlə daha səmərəli əlaqələrin qurulması bu prosesin əsas üstünlüklərindəndir. Bu yanaşma həm vətəndaşların sosial media platformalarına olan etimadını artırır, həm də Azərbaycanda rəqəmsal inkişafın davamlı və dayanıqlı şəkildə irəliləməsinə töhfə verir", - o deyib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий