Bu barədə Day.Az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

"Sel suları Balaca Həmyə yolunda körpünün yanaşma hissəsini yuyaraq hərəkətdə maneələrə səbəb olmuşdu.

Dərhal agentliyin əməkdaşları və xüsusi təyinatlı texnikaları əraziyə cəlb olundu.

Əlavə təhlükəsizlik tədbirləri görüldü, nəqliyyatın hərəkəti üçün müvəqqəti marşrut müəyyənləşdirildi.

Həyata keçirilən təxirəsalınmaz bərpa işləri nəticəsində körpü üzərində hərəkət bərpa olunub.

Hazırda ərazidə bərpa, möhkəmləndirmə və qabaqlayıcı tədbirlər davam etdirilir", - deyə məlumatda bildirilir.