- 5 июня в Азовском море произошло поражение судов, в результате пострадали граждане Азербайджана.
- Сотрудники консульского отдела посольства Азербайджана в РФ находятся в Ейске и оказывают поддержку.
- Состояние раненых хорошее, некоторых планируют выписать из больницы в ближайшее время.
- Продолжаются поисково-спасательные мероприятия и идентификация погибших.
- Ведется работа по документированию спасенных граждан и организации их возвращения в Азербайджан.
Xarici İşlər Nazirliyindən Day.Az -a verilən məlumata görə, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədirlər.
Bildirilib ki, onlar yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.
"Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.
Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.
Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.
Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - məlumatda qeyd olunub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий