Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın regionlarında həyata keçirilən layihələrə xüsusi önəm verir və bu istiqamətdə fəaliyyətini davam etdirir.
"Biz keçmişdə də regionlarda müxtəlif layihələr həyata keçirmişik və hazırda da bu fəaliyyət davam edir. Bu, bizim strategiyamızın mühüm hissəsidir. Biz regionları diqqətdən kənarda qoymuruq", - deyə o bildirib.
Viktor Bojkov qeyd edib ki, Aİ daha əvvəl Lənkəran və Astara regionlarında illik büdcəsi 15 milyon avro olan proqram həyata keçirib.
Onun sözlərinə görə, həmin layihə çərçivəsində yerli kənd təsərrüfatı istehsalçılarına dəstək göstərilib və proqram ciddi nəticələr verib.
"Bəzi istehsalçılar istehsal güclərini dörd dəfə artırmağa nail olmuşdular", - deyə o vurğulayıb. Aİ rəsmisi bildirib ki, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birlikdə Qarabağ regionunda yeni investisiya layihəsi hazırlanır.
"Bu layihə yerli sahibkarlığın, xüsusilə də kiçik sahibkarlığın inkişafını stimullaşdırmağa yönəlib", - deyə V.Bojkov əlavə edib.
O qeyd edib ki, həyata keçirilən layihələrin bir hissəsi geniş ictimaiyyət üçün o qədər də görünən olmaya bilər.
"Bu səbəbdən biz regionlara səfər edir, yerli ictimaiyyət və media nümayəndələri ilə görüşür, həyata keçirilən layihələrin şəhərlərə və icmalara necə fayda verdiyini izah etməyə çalışırıq", - deyə o bildirib.
V.Bojkov vurğulayıb ki, məqsəd bu layihələrin təsirinin ən kiçik yaşayış məntəqələrində belə hiss olunmasını təmin etməkdir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий