"Son dövrlərdə avtomobil idxalının azalması bilavasitə əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqədardır".
Bunu Day.Az -a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O, avtomobil idxalının azalmasının maşın bazarına mümkün təsirlərindən danışıb.
Ekspert qeyd edib ki, bu gün Bakı şəhərində və ümumilikdə Azərbaycanda nəqliyyat vasitələrinə, xüsusilə də investorlar tərəfindən maraq əvvəlki dövrlərlə müqayisədə daha aşağıdır.
"Bunun əsas səbəbləri sırasında avtomobillərin qiymətləri və vətəndaşların investisiya baxımından daha çox daşınmaz əmlak sektoruna üstünlük verməsi göstərilə bilər. Bununla yanaşı, son illərdə nəqliyyat vasitələrinin idxalı sahəsində tətbiq edilən müəyyən güzəştlər avtomobil parkının yenilənməsinə müsbət təsir göstərdi. Yeni və daha müasir avtomobillərin ölkəyə gətirilməsi nəticəsində avtomobillərin orta yaşı azaldı. Bu isə həm yol hərəkətinin təhlükəsizliyinə, həm də ekoloji vəziyyətə müsbət təsir etdi. Yaxın gələcəkdə aidiyyəti dövlət qurumları tərəfindən bu sahənin dəstəklənməsi üçün yeni mexanizmlər hazırlanacaq. Belə addımlar vətəndaşlar tərəfindən müsbət qarşılanacaq və avtomobil bazarında canlanmaya səbəb olacaq. Yeni nəsil nəqliyyat vasitələrinin sayının artması ölkənin nəqliyyat infrastrukturunun inkişafına da əlavə töhfə verə bilər", - deyə o bildirib.
"Bunun əsas səbəbləri sırasında avtomobillərin qiymətləri və vətəndaşların investisiya baxımından daha çox daşınmaz əmlak sektoruna üstünlük verməsi göstərilə bilər.
Bununla yanaşı, son illərdə nəqliyyat vasitələrinin idxalı sahəsində tətbiq edilən müəyyən güzəştlər avtomobil parkının yenilənməsinə müsbət təsir göstərdi.
Yeni və daha müasir avtomobillərin ölkəyə gətirilməsi nəticəsində avtomobillərin orta yaşı azaldı. Bu isə həm yol hərəkətinin təhlükəsizliyinə, həm də ekoloji vəziyyətə müsbət təsir etdi.
Yaxın gələcəkdə aidiyyəti dövlət qurumları tərəfindən bu sahənin dəstəklənməsi üçün yeni mexanizmlər hazırlanacaq. Belə addımlar vətəndaşlar tərəfindən müsbət qarşılanacaq və avtomobil bazarında canlanmaya səbəb olacaq. Yeni nəsil nəqliyyat vasitələrinin sayının artması ölkənin nəqliyyat infrastrukturunun inkişafına da əlavə töhfə verə bilər", - deyə o bildirib.
A.Əsədov bildirib ki, digər mühüm məsələ isə yerli istehsalın gücləndirilməsi və şaxələndirilməsidir.
"Hazırda Azərbaycanda avtomobil istehsalı əsasən xaricdən gətirilən hissələrin yığılması çərçivəsində həyata keçirilir. Lakin gələcəkdə ehtiyat hissələrinin də ölkə daxilində istehsalının təşkili mümkün olarsa, bu, avtomobil idxalından asılılığı əhəmiyyətli dərəcədə azalda bilər. Tam istehsal gücünə malik avtomobil sənayesinin formalaşması həm iqtisadiyyatın inkişafına, həm yeni iş yerlərinin yaradılmasına, həm də ölkənin sənaye potensialının artmasına mühüm töhfə verəcəkdir," - o deyib.
"Hazırda Azərbaycanda avtomobil istehsalı əsasən xaricdən gətirilən hissələrin yığılması çərçivəsində həyata keçirilir. Lakin gələcəkdə ehtiyat hissələrinin də ölkə daxilində istehsalının təşkili mümkün olarsa, bu, avtomobil idxalından asılılığı əhəmiyyətli dərəcədə azalda bilər.
Tam istehsal gücünə malik avtomobil sənayesinin formalaşması həm iqtisadiyyatın inkişafına, həm yeni iş yerlərinin yaradılmasına, həm də ölkənin sənaye potensialının artmasına mühüm töhfə verəcəkdir," - o deyib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий