"Həlak olanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Hadisənin baş vermə səbəbləri araşdırılır", - o bildirib.

Qeyd edək ki, azərbaycanlıların idarə etdiyi "Natra" və "Zirkon" yük gəmiləri dron hücumuna məruz qalıb. Hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həyatını itirib, 3 nəfər isə xəsarət alıb. Yaralanan şəxslər müalicə üçün Rusiyanın Yeysk şəhərindəki xəstəxanaya yerləşdiriliblər.