"Biz bir sıra konkret istiqamətlər üzrə danışıqlar aparırıq. Bu barədə danışmaq hələ tezdir. Bu, ilk növbədə, energetikaya aiddir. Biz Prezident İlham Əliyevlə görüşəcəyik və bütün bunlar haqqında mütləq danışacağıq", - deyə Rusiya Prezidenti vurğulayıb.

Prezident Putin, həmçinin qeyd edib ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə davam edir.