Qlobal turizm sektoru 2025-ci ildə tam bərpa olunaraq tarixi rekord yeniləyib.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UN Tourism) hesabatına görə, dünya üzrə beynəlxalq turist axını ötən illə müqayisədə 4 faiz artaraq 1,52 milyard nəfərə çatıb. Bu göstərici planetdə hər beş nəfərdən birinin il ərzində səyahət etdiyini göstərir.
Fransa: 2025-ci ildə dünyanın ən çox turist qəbul edən ölkəsi Fransa olub. Ölkə il ərzində 89,4 milyon xarici turist qəbul edərək liderliyini qoruyub. Paris və digər mədəni mərkəzlər turistlərin əsas cəlb edici məkanı olaraq qalır. Bir nəfər üçün 7 günlük orta büdcə 850-1750 dollar arasında dəyişir, bu rəqəm səyahətin səviyyəsinə görə fərqlənir.
İspaniya: İkinci sırada 83,7 milyon turist ilə İspaniya yer alıb. Barselona, Madrid və digər şəhərlər ölkəyə böyük turist axını cəlb edir. Bir həftəlik səyahət üçün təxmini büdcə 630-1260 dollar arasında dəyişir və ölkə Avropa ölkələri arasında daha münasib qiymətləri ilə diqqət çəkir.
ABŞ: Siyahıda üçüncü yerdə 79,3 milyon turistlə ABŞ qərarlaşıb. Səyahət xərcləri baxımından ABŞ ən bahalı ölkədir. Orta səviyyəli bir həftəlik səyahət minimum 1260 dollar, lüks tətil isə 2450 dollara qədər başa gələ bilər. Nyu-York, Los-Anceles və digər böyük şəhərlər qiymətləri artıran əsas amillərdəndir.
Çin: Siyahıda dördüncü sırada 65,7 milyon turist ilə Çin var. Ölkə büdcəyə qənaət etmək istəyən turistlər üçün əlverişli seçimdir. Müasir sürətli qatarlar, münasib hostellər və ucuz küçə yeməkləri sayəsində 7 günlük səyahət 420-910 dollar arasında başa gəlir.
İtaliya: Beşinci yerdə 64,5 milyon turist ilə İtaliya yer alıb. Roma, Venesiya və Florensiya kimi tarixi şəhərlər turistləri cəlb edir. Otel və restoran xərcləri nisbətən yüksək olsa da regional qatarlar vasitəsilə büdcəni 770-1540 dollar civarında saxlamaq mümkündür.
Ekspertlər bildirirlər ki, bu büdcələr aviabilet və viza rüsumlarını əhatə etmir.
2025-ci ildə qlobal aviabilet tutumu 7% artmasına baxmayaraq, inflyasiya səbəbindən yerləşmə və qida xərcləri 5-10% yüksəlib. Buna baxmayaraq, beynəlxalq turizm sektoru yaxın illərdə də böyüməsini davam etdirir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий