"Araşdırmalar göstərir ki, bu qəbildən olan bəzi məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış, güclü təsirə malik - sibutramin, preqabalin və qabapentin maddələri mövcuddur.

Xatırladaq ki, bu növ məhsullar sağlamlığınız üçün təhlükə yaratmaqla yanaşı, onların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi hüququ məsuliyyət də yaradır,"- Komitədən bildirilib.