- С начала года по конец апреля по TAP транспортировано 3,72 млрд кубометров газа.
- Из них 3,08 млрд кубометров поставлено в Италию, 0,31 млрд в Грецию и 0,31 млрд в Болгарию.
- Общий объем газа, транспортированного с начала коммерческой эксплуатации, достиг 58,55 млрд кубометров.
- TAP является частью Южного газового коридора, соединяющего месторождение Шах-Дениз с Европой.
- Первоначальная пропускная способность TAP составляет около 10 млрд кубометров в год с возможностью расширения до 20 млрд.
Day.Az xəbər verir ki, bu barədə Trend -ə TAP AG konsorsiumundan məlumat verilib.
"Bu həcmdən 3,08 milyard kubmetr qaz İtaliyaya, 0,31 milyard kubmetr Yunanıstana və 0,31 milyard kubmetr Bolqarıstana çatdırılıb", - deyə konsorsiumdan bildirilib.
TAP AG-də qeyd olunub ki, boru kəmərinin kommersiya istismarına başlanıldığı vaxtdan indiyədək nəql edilən qazın ümumi həcmi 58,55 milyard kubmetrə çatıb (hesablama tarixi: 23 may).
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir və Xəzər dənizində yerləşən Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan təbii qazı Avropa bazarlarına çatdırır. Təxminən 878 kilometr uzunluğa malik boru kəməri Yunanıstan-Türkiyə sərhədində TANAP-a qoşulur, Yunanıstan və Albaniya ərazisindən keçərək Adriatik dənizini aşır və Cənubi İtaliyada quruya çıxır.
TAP-ın ilkin ötürmə gücü ildə təxminən 10 milyard kubmetr təşkil edir. Bazar tələbi və tənzimləyici razılaşmalar olduğu təqdirdə bu göstəricinin 20 milyard kubmetrə qədər artırılması mümkündür.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий