O bildirib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
"Dövlətimiz tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib", - deyə komitə sədri əlavə edib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий