- Министр энергетики Узбекистана Журабек Мирзамахмудов заявил о значительном потенциале Центральной Азии для развития возобновляемой энергии.
- Узбекистан привлек более 35 млрд долларов инвестиций в энергосектор, ввел более 16 ГВт новых мощностей, увеличил годовое производство электроэнергии с 60 до 85 млрд кВт·ч.
- К 2030 году Узбекистан планирует довести мощность возобновляемой энергии до 20 ГВт и увеличить ее долю в производстве электроэнергии до 54%.
- Подчеркнута важность регионального сотрудничества, в том числе инициативы APRECA, выдвинутой на COP29 в Баку.
- Развивается сотрудничество с Азербайджаном по проекту 'зеленый энергетический коридор' для экспорта чистой электроэнергии из Центральной Азии в Европу.
Trend -in məlumatına görə, bunu Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə nazirlər dialoqunda bildirib.
O, qlobal enerji sektorunun süni intellekt, rəqəmsal infrastruktur və böyük məlumat mərkəzlərinin inkişafı fonunda elektrik enerjisinə tələbatın sürətli artması ilə bağlı yeni çətinliklərlə üzləşdiyini qeyd edib.
O, bir çox ölkələrdə yeni generasiya güclərinə tələbatın artım tempi onun istifadəyə verilmə sürətini üstələyir.
Mirzamahmudov bildirib ki, Mərkəzi Asiyada hidroelektrik potensialı da daxil olmaqla əhəmiyyətli bərpa olunan enerji ehtiyatları, eləcə də əsas enerji bazarlarını birləşdirən əlverişli coğrafi mövqe mövcuddur.
Onun sözlərinə görə, bu amillərin birləşməsi, regional əməkdaşlığın gücləndirilməsi ilə birlikdə, regionu yaşıl enerjinin inkişafı mərkəzinə çevirməyə kömək edə bilər.
Nazir bildirib ki, Özbəkistan yeni enerji reallığına fəal şəkildə hazırlaşır. O qeyd edib ki, Prezident Şavkat Mirziyoyevin rəhbərliyi altında aparılan islahatlar çərçivəsində ölkənin enerji sektoruna 35 milyard dollardan çox investisiya cəlb edilib, 16 QVt-dan çox yeni generasiya gücü istifadəyə verilib və illik elektrik enerjisi istehsalı 60-dan 85 milyard kVt-saata qədər artıb.
"2030-cu ilə qədər Özbəkistan bərpa olunan enerji gücünü 20 QVt-a çatdırmağı və elektrik enerjisi istehsalında payını 54%-ə çatdırmağı planlaşdırır", - deyə o qeyd edib.
Nazir həmçinin enerji keçidində regional əməkdaşlığın vacibliyini vurğulayıb.
Bu kontekstdə o, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi tərəfindən Bakıda keçirilən COP29-da irəli sürülən APRECA təşəbbüsünü regional əməkdaşlığın gücləndirilməsi və investisiyaların cəlb edilməsi üçün platforma kimi vurğulayıb.
Onun sözlərinə görə, Özbəkistan bu təşəbbüsü dəstəkləyir və onun həyata keçirilməsində iştirak edir.
Mirzamahmudov əlavə edib ki, Özbəkistanın Azərbaycanla əməkdaşlığı bərpa olunan enerji, regional bağlantı və Mərkəzi Asiyadan Avropaya təmiz elektrik enerjisi ixracını hədəfləyən "yaşıl enerji dəhlizi" layihəsinin həyata keçirilməsi sahələrində də inkişaf edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий