- Новая цифровая система въезда-выезда ЕС увеличила время прохождения паспортного контроля для граждан Великобритании примерно в три раза.
- Руководство главного аэропорта Рима сообщило о необходимости доработок системы.
- Авиакомпания Ryanair предупредила пассажиров о длинных очередях из-за технических проблем.
- Пограничная полиция аэропорта Фару (Португалия) подтвердила технические неполадки.
- Еврокомиссия заявила, что серьезных проблем в большинстве аэропортов ЕС нет.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Romanın əsas hava limanının rəhbərliyi sistemdə müəyyən təkmilləşdirmələr aparılmasına baxmayaraq, britaniyalı sərnişinlərin pasport nəzarətindən keçmə müddətinin əvvəlki ilə müqayisədə təxminən üç dəfə artdığını bildirib.
Bu arada, "Ryanair" aviaşirkəti yay mövsümündə Avropaya səyahət edən sərnişinləri hava limanlarında uzun növbələrə hazır olmağa çağırıb. Şirkət sistemin tətbiqi zamanı yaranan texniki problemlərin əsassız gecikmələrə səbəb olduğunu vurğulayıb. Bəzi sərnişinlər pasport nəzarətində saatlarla gözlədiklərini, hətta geri qayıdış reyslərini qaçırdıqlarını qeyd ediblər.
Portuqaliyanın Faro hava limanının sərhəd polisi də sistemdə texniki nasazlıqların olduğunu təsdiqləsə də, yaranan sıxlığın qısa müddətdə aradan qaldırılacağını bəyan edib. Avropa Komissiyası isə əksər Aİ hava limanlarında ciddi problemlərin müşahidə olunmadığını bildirib və üzv ölkələrə sistemin tətbiqi prosesində dəstəyi davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, ötən ilin oktyabrından mərhələli şəkildə tətbiq edilən yeni rəqəmsal giriş-çıxış sistemi Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrin vətəndaşlarından ilk giriş zamanı barmaq izləri və üz fotosu tələb edir. Bu məlumatlar ölkədən çıxış zamanı da yenidən yoxlanılır. Proses əsasən avtomatlaşdırılmış terminallar vasitəsilə həyata keçirilir. İstisna hallar, o cümlədən 12 yaşından kiçik uşaqların yoxlanılması isə birbaşa sərhəd əməkdaşları tərəfindən aparılır.
Комментарии
Загрузка…
Оставить комментарий